"Kəpəz" Azərbaycan Kubokunda 30-cu ev qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
 
Qərb komandası  bunadək kubokda keçirdiyi 47 ev matçında 29 dəfə qələbə sevinci yaşamışdı. 30-cu uğuru 48-ci matça təsadüf edən qərblilər 6 heç-heçə edib və 12 dəfə uduzub.
 
"Kəpəz" Azərbaycan Kubokunun ev oyunlarında 30 və daha çox qələbəsi olan 4-cü komandadır. Yalnız "Qarabağ", "Neftçi" və "Şamaxı" doğma divarlar arasında daha çox görüşdə qalib olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest