"Qəbələ"nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" 2022/23 mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq.
 
Komanda 2023-cü il yanvarın 4-dən 17-dək keçiriləcək toplanışda  "Limak Limra" otelində məskunlaşacaq.
 
Elmar Baxşıyevin yetirmələri qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. "Qəbələ" yanvarın 12-də Rumıniyanın "Sepsi" klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib çexiya təmsilçisi "Teplitse" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest