Futbol üzrə Braziliya millisinin və İngiltərənin “Arsenal” klubunun hücumçusu Qabriel Jezus əməliyyat olunub. Matc.az xəbər verir ki, London klubu açıqlama yayıb.
 
Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsi çərçivəsində Kamerunla 3-cü turun oyununda zədələnən 25 yaşlı futbolçunun milliyə kömək edə bilməyəcəyi müəyyənləşmişdi.
 
Dizindəki problemi aradan qaldırmaq üçün cərrah masasına uzanan Qabrielin dərhal reabilitasiya proqramına başlayacağı bildirilib. Amma onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest