Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə çox da ürək açan olmadı. Bəzən rəqib səni müdaifə olmağa məcbur edir. Biz gənc oyunçulara güvənirik. Yavaş-yavaş onlardan istədiyimizi alacağıq

“Ötən tur evdə xal itrmişdik. Dah doğrusu qazansaq da, qolumuz sayılmamışdı. Gənc hakimlər biraz daha diqqətli olsun. Onların səhvi bizi üç xaldan etdi”. Matc.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XIX turunda səfərdə “Zirə” ilə qarşılaşan əyalət klubu 1:1 hesablı bərabərliyə razılaşıb.

Matçdan sonra açıqlama verən Qurbanov oyunu belə şərh edib: “Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə çox da ürək açan olmadı. Bəzən rəqib səni müdaifə olmağa məcbur edir. Biz gənc oyunçulara güvənirik. Yavaş-yavaş onlardan istədiyimizi alacağıq”.

Qurbanov Rauf Əliyev oynamamasına isə belə izah verib: “Rauf bizim əsas oyunçularımızdandır. Bugünkü sistemə görə belə bir qərara verdik. Stankoviç isə oyunöncəsi məşqdə zədə səbənindən heyətə daxil etmədik”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest