"Bavariya"nın hücumçusu Sadio Mane UEFA çempionlar Liqasının 1/8 finalının PSJ ilə ilk oyununu buraxacaq. Matc.az xəbər verir ki, 30 yaşlı seneqallı həmin qarşılaşmaya qədər zədəsini bərpa edə bilməyəcək.
 
Mane 2022-ci ilin 8 noyabrında Almaniya Bundesliqasının 14-cü turunun "Verder"lə matçında zədələnib. Futbolçu bu səbəbdən Dç-2022-də Seneqal millisinə də kömək edə bilməyib.
 
PSJ - "Bavariya" cütünün ilk qarşılaşması fevralın 15-də Parisdə, cavab oyunu isə martın 9-da Münhendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest