Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Mauro İkardi və xanımı Vanda Nara növbəti qalmaqalla gündəmə gəliblər. Matc.az xəbər verir ki, Vandanın İkardiyə Rusiyanın "Spartak" (Mosvka) klubunun hücumçusu Keyta Balde ilə xəyanət etdiyi iddia olunur.

Bu məlumatı ispaniyalı jurnalist Xordi Martin canlı efirdə açıqlayıb. Onun sözlərinə görə, Vanda Keyta ilə görüşmək üçün Dubaya gedib və onlar bir oteldə qalıblar.

İkardi bundan Vandanın səfəri zamanı bank kartından çıxılan pullar vasitəsi ilə xəbər tutub. Daha sonra argentinalı futbolçu Baldenin həyat yoldaşına mesaj yazaraq olanlardan onu da xəbərdar edib. "Qalatasaray"ın forvardı bu yazışmaları sosial şəbəkələrdə paylaşsa da, az sonra bütün paylaşımlarını silib.

İddiaya görə, İkardi Balde ilə "İnter"də bir yerdə çıxış edərkən də Vandanın seneqallı futbolçu ilə ona xəyanət etməsindən şübhələnirmiş. O zaman İkardi təhlükəsizlik kameralarına baxarkən Keytanın Vandanın evinə gəldiyini görübmüş.

Bütün bunlardan xəbər tutan "Qalatasaray" azarkeşləri Baldenin, həyat yoldaşının və "Spartak"ın sosial şəbəkələrdəki səhifələrinə "hücum" ediblər. Xordi Martin isə baş verənlərlə bağlı yeni məlumatlar paylaşmağa da hazır olduğunu söyləyib.

 

TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest