Madrid derbisində rəqibini əlavə vaxtda üstələyən "Real" 2018/2019 mövümündən sonra ilk dəfə yarımfinala yüksəlib. "Kral klubu" ölkə kubokunu axırıncı dəfə 2013/2014 mövsümündə qazanıb.

İspaniya Kral Kubokunun 1/4 final mərhələsində "Atletiko" ilə keçirilən oyun "Real"ın yarımmüdafiəçisi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, almaniyalı futbolçu "kral klubu" ilə 250-ci qələbəsini qazanıb.
 
Kroos buna 389 oyunda nail olub. Bu müddətdə ulduz futbolçu 27 qol, 87 məhsuldar ötürmə ilə diqqət çəkib. "Atletiko" üzərində qazanılan 3:1 hesablı qələbənin ardından klub prezidenti Florentino Peres 33 yaşlı orta sahə oyunçusuna 250 nömrəli formanı hədiyyə edib.
 
Madrid derbisində rəqibini əlavə vaxtda üstələyən "Real" 2018/2019 mövümündən sonra ilk dəfə yarımfinala yüksəlib. "Kral klubu" ölkə kubokunu axırıncı dəfə 2013/2014 mövsümündə qazanıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest