Belçika Futbol Assosiasiyası "Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"i cərimələyib. Matc.az xəbər verir ki, buna sözügedən komandanın azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan "Brügge" ilə ev oyunundakı (2:0) davranışları səbəb olub.
 
Klub fanatların sözügedən qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsi üzündən 1500 avro ziyana düşüb. Bundan başqa, "Gent"ə şərti cəza da verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi "Gelamko Arena"nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.
 
"Qarabağ" "Gent"lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə ayın 23-də Gentdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest