Kişi şahmatçılar arasında Azərbaycan çempionatının finalında məğlub olan Vüqar Əsədli yarışla bağlı təəssüratlarını bildirib. Matc.az xəbər verir ki, Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında Əsədli oyunundan razı qaldığını söyləyib:
 
"Bu nəticəni gözləmirdim. çünki hazırda hərbi xidmətdəyəm. Yarışa xüsusi hazırlığım olmayıb. ölkə çempionatında iştirakla bağlı icazə almışam və yarışdan əvvəl ikinci yeri tutacağımı düşünmürdüm. Karyeramda ilk dəfə ölkə çempionatında gümüş medal qazandım".
 
Şahmatçı finalda güzəştsiz mübarizənin olduğunu deyib: "Psixoloji olaraq çətin oldu. Finalda klassik oyunda ilk görüşdə qələbə qazandım. Amma uğurun davamını gətirmək alınmadı. Psixoloji olaraq sona qədər səhvsiz oynamaq alınmadı. Oyun baxımından Azərbaycan çempionu olmağa gücüm var idi. Sadəcə, hər zaman şahmatda mübarizə istədiyimiz kimi olmur".
 
Azərbaycan çempionatında ikinci yerin sahibi olan Vüqar Əsədli yeniyetmə şahmatçıların bütün rəqiblərə müqavimət göstərdiyini qeyd edib: "çempionatda gənclərin oyunu məni təəccübləndirdi. Xüsusilə az yaşlıların oyununu fərqləndirmək istərdim. Variantları çox yaxşı bilirlər. Maraqlı gedişlər oynadılar. Ona görə rəqabətin az olmadığını deməliyəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest