"Əvvəlcə Belçikaya, ardınca isə Azərbaycana qarşı oynayacağıq. Hər iki görüş inanılmaz dərəcədə çətin keçəcək". Matc.az xəbər verir ki, bunu İsveç millisinin və Almaniya "Leyptsiq"inin futbolçusu Emil Forsberq Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları barədə danışarkən deyib.
 
32 yaşlı hücumameylli yarımmüdafiəçi bildirib ki, "qırmızı şeytanlar"la oynamaq əyləncəli olacaq: "Belçika dünya səviyyəli komandadır. Amma onların qarşısında aciz qalmayacağıq. Əla formada olan çoxlu futbolçumuz var. öz oyunumuzu göstərsək, istənilən komandanı məğlub edə bilərik".
 
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest