2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosu təqdim edilib. Matc.az xəbər verir ki, loqoda kubokun təsviri və yarışın keçiriləcəyi il yer alıb.
 
Tədbir Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə gerçəkləşib.
 
Ali futbol qurumunun prezidenti Canni İnfantino və braziliyalı ikiqat dünya çempionu Ronaldo da təqdimatda iştirak edib.
 
Mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest