Bütün turnirlərdəki ümumi məğlubiyyətsizlik seriyası isə 25 oyuna çatıb. Komanda bu görüşlərin 20-də qələbə qazanıb, və 5 heç-heçə edib.

"Mançester Siti" Premyer Liqada 12 oyundan sonra ilk dəfə qələbə qazana bilməyib. Matc.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri XXXII turun təxirə salınmış görüşündə "Brayton"la heç-heçə edib (1:1).
 
"Şəhərlilər" fevralın 25-dən bəri keçirdiyi 12 matçın hamısında ardıcıl qələbələr qazanaraq, çempionluğu rəsmiləşdirib. Bütün turnirlərdəki ümumi məğlubiyyətsizlik seriyası isə 25 oyuna çatıb. Komanda bu görüşlərin 20-də qələbə qazanıb, və 5 heç-heçə edib.
 
"Mançester Siti" sonuncu dəfə fevralın 5-də səfərdə "Tottenhem" (0:1) uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest