"Bavariya"nın keçmiş prezidenti Karl-Haynts Rummenigge Münhen klubuna qayıdacaq. Matc.az xəbər verir ki, 67 yaşlı funksioner klubun Müşahidə Şurasına daxil olacaq.
 
O, heyətin planlaşdırılmasına və transferlərə kömək edəcək.
 
Rummennigge 2002-2021-ci illərdə "Bavariya"nın sədri olub. Onu ötən həftə istefaya göndərilən Oliver Kan əvəzləmişdi. "Bavariya" idman direktoru Hasan Salihamidziçi də yola salıb. "Bavariya" uzun illər Rummenigge ilə birlikdə çalışmış Yan-Kristian Driesenin isə yeni baş direktor olacağını açıqlayıb.
 
Yeni idman direktoru vəzifəsinə isə "Leypsiq"dən Maks Eberl təyin oluna bilər.
 
Qeyd edək ki, "Bavariya" Bundesliqada 2022-23 mövsümünü çempion kimi başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest