Madrid "Real"ının futbolçusu Kərim Benzema karyerasını Asiyada davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, fransalı hücumçu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun maraq dairəsindədir. Ərəb təmsilçisi futbolçuya illik 100 milyon avroluq müqavilə təklif edib. Məlumatı "Sky Sport Italia" məlumat yayıb.
 
"Əl-İttihad" hazırda Benzemadan yekun cavab gözləyir. Rəsmi təklifin mövsüm başına 100 milyon avroya yaxın olacağı və bonuslar olacağı gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest