Hər iki mütəxəssis indiyə qədər karyeraları ərzində bu uğura yiyələnə bilməyib. Onların hər ikisi yalnız bir dəfə kuboku qazanıb ki, bu da futbolçu karyeraları vaxtına təsadüf edib.

Azərbaycan Kubokunun final oyununun nəticəsi "Neftçi" və ya "Qəbələ"nin baş məşqçisi üçün əlamətdar olacaq. Matc.az xəbər verir ki, adıçəkilən komandaların çalışdırıcıları Laurentsiu Regekampfla Elmar Baxşıyev baş məşqçi kimi ilk dəfə ölkə kubokunu qazanmağa çalışacaq.
 
Hər iki mütəxəssis indiyə qədər karyeraları ərzində bu uğura yiyələnə bilməyib. Onların hər ikisi yalnız bir dəfə kuboku qazanıb ki, bu da futbolçu karyeraları vaxtına təsadüf edib. Regekampf "Styaua"nın şərəfini qoruduğu zaman 1996-97 mövsümündə bu titula sahib çıxıb. Həmin nailiyyətdən 11 il sonra Baxşıyev "Xəzər Lənkəran"la bunu bacarıb.
 
Regekampf həmçinin Superkubok və Liqa Kubokunu da qazanıb.
 
Qeyd edək ki, "Neftçi" ilə "Qəbələ" arasında final oyunu sabah "Bakcell Arena"da keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest