Süleyman Əhmədovun yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Bakı klubunda davam etdirəcək.
 
Mövsüm başa çatan kimi, "Sumqayıt"la yollarını ayıran 24 yaşlı oyunçu bundan sonra "Səbail"in formasını geyinəcək. Əhmədov qəsəbə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, "Səbail" buna qədər "Kəpəz"in müdafiəçisi Yusif Nəbiyevi heyətinə qatmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest