08 İyun 2023, 09:39
FUTBOL
2013-14 mövsümündə Çempionlar Liqasında (ÇL) çıxış edəcək daha bir komanda müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu, Belçika klubu “Antverpen”dir.
Ölkəsinin Pro liqasında çempionluq əldə edən komanda ÇL-in pley-off mərhələsindən mübarizəyə qoşulacaq. Mark van Bommelin yetirmələri püşkatma zamanı səpələnməmişlər səbətində yer alacaq.
Əgər ilkin təsnifat mərhələlərində sürpriz nəticə baş verməsə və Azərbaycan çempionu “Qarabağ” pley-offa qədər irəliləsə, “Antverpen”in potensial rəqibi olmayacaq.
Azərbaycan çempionu yoluna davam etsə və favoritlərdən ikisi həmin raunda qədər büdrəsə, o zaman “Qarabağ”la “Antverpen” qrupa vəsiqə uğrunda bir-biri ilə qarşılaşa bilər.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 7-də atılacaq. “Qarabağ” yarışa I təsnifatdan başlayacaq.