Görünür, Türkiyə təmsilçisi onun birdəfəlik transfer hüququndan yararlanmaq niyyətində olmayıb. Halbuki, konyalılar 1,5 milyon avro ödəməklə Emrelini transfer edə bilərdi.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli müqavilə ilə məxsus olduğu Zaqrebin "Dinamo" klubuna qayıdır. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçunun paylaşımından belə başa düşmək olar.
 
Superliqanın son turunda "Beşiktaş"la (3:3) görüşdə fərqlənən Emreli instaqram səhifəsi vasitəsilə "Hər şey üçün təşəkkürlər, "Konyaspor" – yazaraq, komanda ilə vidalaşıb.
 
Görünür, Türkiyə təmsilçisi onun birdəfəlik transfer hüququndan yararlanmaq niyyətində olmayıb. Halbuki, konyalılar 1,5 milyon avro ödəməklə Emrelini transfer edə bilərdi.
 
Qeyd edək ki, Mahir Emreli fevraldan icarə əsasında formasını geyindiyi "Konyaspor"un heyətində 12 oyunda 2 qol vurub. Onun "Dinamo" ilə müqaviləsi 2026-cı ilə qədərdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest