14 İyun 2023, 11:29
DÖYÜŞ NÖVLƏRİ
Göründüyü kimi, bir müddət əvvəl intizamsızlıq səbəbindən millidən kənarlaşdırılan Kəramət Hüseynov da heyətə qaytarılıb.
Cüdo üzrə Azərbaycan millisinin Astanada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək heyəti müəyyənləşib. Matc.az "judotv.com" saytına istinadən xəbər verir ki, yığmamız Qazaxıstanda 17 idmançı ilə mübarizə aparacaq.
Onlardan 13-ü kişi, 4-ü isə qadın cüdoçu olacaq.
Yığmanın məşqçilər korpusu yarışa Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kamran Süleymanov, Kəramət Hüseynov (hər ikisi 66 kq), Теlman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Uşanqi Kokauri, Camal Həmzətxanov (hər ikisi +100 kq), Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) aparacaqlar.
Göründüyü kimi, bir müddət əvvəl intizamsızlıq səbəbindən millidən kənarlaşdırılan Kəramət Hüseynov da heyətə qaytarılıb.
Qeyd edək ki, 16-18 iyun tarixlərində keçiriləcək "Böyük Dəbilqə" turnirində 43 ölkənin 342 cüdoçusu yer alacaq.