"Football Talent Scout" yaşı 19-a qədər olan futbolçular arasında ən istedadlılarını açıqlayıb. Matc.az saytı xəbər verir ki, qurum hər mövqe üzrə 10 futbolçu müəyyənləşdirib.

Ulduz olmağa namizədlər arasında "Feyenoord"un üzvü Orkun Kökçü də var. Azərbaycan millisinə çağırılması gündəmdə olan gənc istedad orta sahədə gələcək vəd edən 10 nəfər arasına düşüb. Kökçü ümumilikdə perspektiv vəd edən 100 gəncdən biri olsa da, "Football Talent Scout"un simvolik "11-liy"inə düşə bilməyib.

Qeyd edək ki, hazırda Hollandiyanın U-19 yığmasının üzvü olan Orkun Kökçünün xidmətində Azərbaycan və Türkiyə milliləri də maraqlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest