Maurisio Poçettino "çelsi"nin yeni oyunçuları haqqında nəticə çıxarmağa tələsməməyə çağırıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib:

"çelsi"dən həmişə böyük gözləntilər var. Bir oyunçu və ya məşqçi kimi "çelsi"yə gələndə insanlar sizdən qalib gəlməyinizi, kuboklar almanızı, qol vurmanızı, özünüzü sübut etməyinizi gözləyirlər. İndi çox gənc heyətə sahibik. Bu futbolçuları yaxşı investisiya hesab etmək olar. Onların gənc olduğunu və sakit qalaraq uyğunlaşmaq lazım olduğunu başa düşməlisiniz. Bir-iki oyundan sonra onları mühakimə edib, yaxşı çıxış etmədiklərini söyləmək düzgün deyil.Həmişə verdiyim nümunə belədir: "Real Madrid" Zinəddin Zidan adlı bir oyunçu üçün 70 və ya 80 milyon ödədi . O, heyrətamiz futbolçu idi, lakin transferdən altı ay sonra "Santiaqo Bernabeu"dakı azarkeşlərdən onun haqqında nə düşündüklərini soruşa bilərsiniz. Cavab belə idi: "Ah, biz pulu kimə xərclədik?" 7-8 aydan sonra özünü göstərməyə başladı. Zidanın 26 və ya 27 yaşı var idi. 20 və ya 21 yaşlıları alarkən diqqətli olmaq lazımdır. Onlar maşın deyil. Onlar son aylarda yaranmış şəraitə uyğunlaşmalıdırlar. Biz onlara vaxt verməliyik. Buna görə də, bəlkə də ən yaxşı nəticələr olmasa da, biz prosesdən və komandanın göstərdiklərindən razıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest