Lionel Messi və Kriştiano Ronaldo yenidən üz-üzə gələ bilər. Matc.az xəbər verir ki, superulduzların milli komandalarının qarşılaşmaq ehtimalı var.
 
Belə ki, UEFA ilə CONMEBOL arasındakı anlaşmaya əsasən, son dünya çempionu Argentina yığması gələn ilin martında yoldaşlıq görüşü keçirəcək. Rəqib isə ya Portuqaliya, ya da İngiltərə olacaq. Cənubi amerikalılar Portuqaliyanı rəqib qismində görmək istəsələr, Messi-Ronaldo qarşıdurması baş verəcək.
 
Qeyd edək ki, bu cütlük sonuncu dəfə PSJ ilə "Əl-Nəsr" arasında keçirilən yoxlama görüşündə qarşılaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest