Zinəddin Zidan məşqçilik karyerasını bərpa etmək niyyətindədi. Matc.az xəbər verir ki, mütəxəssis Fransa millisinin sükanı arxasına keçməyi arzulayır.
O, AVRO-2024-ün sonuna qədər gözləməyi üstün tutur. Yalnız ondan sonra milliyə təyinatı mümkün ola bilər.
Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"ın çalışdırıb, İspaniya təmsilçisi ilə 2 dəfə İspaniya çempionluğunu, 2 dəfə İspaniya Superkubokunu və 3 dəfə çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, Fransa millisinə 2012-ci ildən Didye Deşam başçılıq edir. Onun rəhbərliyi altında komanda Dç-2018-in və 2021-ci ildə Millətlər Liqasının qalibi olub.