Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı danışıqlar onun Rusiyanın "Fonbet" bukmeker şirkəti ilə əməkdaşlığı səbəbindən pozula bilər.

Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı danışıqlar onun Rusiyanın "Fonbet" bukmeker şirkəti ilə əməkdaşlığı səbəbindən pozula bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, artıq yekunlaşmaq üzrə olan danışıqlar Pirlonun "Fonbet" şirkətinin səfiri olması səbəbindən dayandırılıb. Rusiya ilə əlaqələri olan 47 yaşlı mütəxəssisin təyinatına qarşı bir sıra italyan siyasətçilər etiraz ediblər.

Onların arasında Avropa Parlamentinin vitse-prezidenti Pina Piçierno da var. Xanım siyasətçi Pirlonun öz hərəkətləri ilə Vladimir Putinin rejimini normallaşdırmağa çalışdığını bildirib.

"Avropa+" partiyasının deputatı Benedetto Della Vedova və Demokratik Partiyanın direktoru Mauro Berruto da bu təyinata qarşı çıxaraq, yığmanın baş məşqçisinin qüsursuz reputasiyaya malik olmalı olduğunu vurğulayıblar.

"Diya" partiyasının lideri Karlo Kalenda isə daha kəskin danışaraq, 2022-ci ildən sonra Rusiya ilə əlaqəsi olanların İtaliyada rəsmi vəzifə tutmağa haqqı olmadığını qeyd edib.

Pirlo müqaviləni təzminatsız poza bilsə də, İtaliya Futbol Federasiyası bu məsələ ilə bağlı daxili araşdırma aparacaq. Mütəxəssis özü isə ali futbol qurumunun rəhbəri Covanni Malaqo ilə şəxsən görüşmək niyyətindədir.

Xatırladaq ki, Pirlonun İtaliya millisinə rəhbərlik etməyə razılıq verdiyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest