Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirib. Matc.az xəbər verir ki, ikinci sınağında səfərdə Monteneqro seçməsi ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. 
 
Görüşdə yeganə qolu 84-cü dəqiqədə Nazlıcan Parlak vurub.
 
Qeyd edək ki, millimiz ilk dəfə təşkil olunan turnirdə keçirdiyi birinci oyununu Kiprə qarşı keçirib. "Dalğa Arena"da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest