ölkə çempionatlarında rəqibləri önündə ən çox üstünlük əldə edən klubların adları müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın 69 liqasında araşdırma aparıb.
Araşdırma zamanı əsasən zərbə, dəqiq zərbə, ötürmə və meydanın rəqibə aid hissəsində dəqiq ötürmələrə baxılıb. Siyahının ilk "100-lüy"ündə Azərbaycanın bir klubu var. Premyer Liqa çempionu "Qarabağ" ən yaxşı 39-cu göstəriciyə malikdi. Qurban Qurbanovun kollektivinin reytinqi 1,88-di.
Siyahının ilk pilləsində Bolqarıstan klubu "Levski" qərarlaşır. Sofiyalıların reytinqi 3,31-di. Bolqarların digər təmsilçisi "Ludoqorets" (3,26) ikinci, Serbiya "Srvena Zvezda"sı (2,99) isə üçüncü sıradadı.