"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martinez zədəsinin təkrarlanması səbəbindən ikinci dəfə əməliyyat olunacaq.

Matc.az xəbər verir ki, argentinalı sentyabrın 3-də "Arsenal"la oyunda ayağını yenidən zədələyib. Buna baxmayaraq, futbolçu "Brayton" və "Bavariya" ilə oyunları ağır vəziyyətdə keçirə bilib. Əməliyyatdan sonra futbolçunun sağalması üçün 2-3 ay vaxt lazım olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest