UEFA avrokubokların formatının dəyişdirilməsi variantını nəzərdən keçirir. Matc.az xəbər verir ki, qurum UEFA rəhbərləri və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqi variantını planlaşdırır.
 
Bu üç divizion arasında yüksəlmək və aşağı liqaya düşmək uğrunda mübarizə olacaq. UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni format qəbul edilərsə, 2027-ci ildən tez qüvvəyə minəcək.
 
Qeyd edək ki, çempionlar Liqasının yeni formatı 2024-25 mövsümündən qüvvəyə minəcək. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Yeni formata əsasən, hər klub 8 fərqli komandaya qarşı 8 oyun keçirəcək - dördü evdə, dördü isə səfərdə.
 
Qarşılaşmaların nəticələrinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. ümumi mərhələdə ən yaxşı 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. 9-24-cü yerlərin sahibləri ən yaxşı səkkiz komandaya qoşulmaq hüququ üçün ikiqat pley-off oynayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest