Bu oyunlar qrupların hamısında 1/8 finala yüksələcək komandaların adlarına aydınlıq gətirə bilər. “Barselona”, “Atletiko” və Dortmund “Borussiya”sı qələbə qazanmaqla, bunu rəsmiləşdirəcəklər.

Çempionlar Liqasında qrup mərhələsinin V turu start götürür. Matc.az xəbər verir ki, bu gün E, F, G və H qruplarında ümumilikdə 8 oyun olacaq.
 
Bu oyunlar  qrupların hamısında 1/8 finala yüksələcək komandaların adlarına aydınlıq gətirə bilər. “Barselona”, “Atletiko” və Dortmund “Borussiya”sı qələbə qazanmaqla, bunu rəsmiləşdirəcəklər. Bununla yanaşı, “Latsio” və PSJ də aktivinə 3 xal yazdırsa, istəyinə nail olacaq.
 
“Portu” isə “Barselona”ya qalib gəlməli və “Şaxtyor”un büdrəməsinə ümid etməlidi.
 
G qrupunda növbəti mərhələyə vəsiqəni təmin edən “Mançester Siti” ilə “Leyptsiq” lideri müəyyənləşdirmək üçün üz-üzə gələcək.
 
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
28 noyabr
 
E qrupu
21:45. “Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya)
00:00. “Feyenoord” (Niderland) – “Atletiko” (İspaniya)
 
F qrupu
00:00. “Milan” – “Borussiya” (Dortmund, Almaniya)
00:00. PSJ (Fransa) – “Nyukasl” (İngiltərə)
 
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
00:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
 
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Antverpen” (Belçika)
00:00. “Barselona” (İspaniya) – “Portu” (Portuqaliya)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest