"Uşaqlar hətta gözləntilərimizi də üstələdilər. Ancaq indi qarşıdakı matçlara hazırlaşırıq"

“Zenit”in yarımmüdafiəçisi Aleksandr Kovalenko Rusiya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Neftçi” ilə Bakıda keçirilən yoxlama görüşünü də xatırlayıb.
 
O, həmin qarşılaşmanı yüksək səviyyədə keçirdiklərini bildirib: “Uşaqların hamısı əla formadadı. “Neftçi” ilə çətin oyun oldu, komanda olaraq yaxşı idik. Uşaqlar hətta gözləntilərimizi də üstələdilər. Ancaq indi qarşıdakı matçlara hazırlaşırıq”.
 
Qeyd edək ki, noyabrın 18-də “Neftçi Arena”da keçirilən görüşdə “Neftçi” Rusiya klubunu 2:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest