Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi özünə yeni iş yeri axtarır. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis öz xidmətini bir neçə federasiyaya təklif edib.
 
Klubda çalışmaqda maraqlı olmayan de Byazi yenə millidə işləmək arzusundadı. Onun baş məşqçi postunu tutmağa iddia etdiyi yığmalardan biri də Kosovodu. De Byazi özü də ora rəhbərlik etmək arzusunda olduğunu gizlətməyib: “Kosovo yığması yüksək keyfiyyətə malikdi. Avropada oynayan çox sayda oyunçuları var. Orada nəticə qazanmaq üçün yaxşı şərait var”.
 
Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə yığmamızda çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest