"Bayer"in hücumçusu Viktor Bonifase yenidən Almaniya Bundesliqasında ayın ən yaxşı oyunçusu adına namizəddi. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibinin nigeriyalı forvardı ardıcıl 4-cü dəfə fərdi tutula sahib çıxa bilər.
 
Çünki o, Bundesliqada avqust, sentyabr və oktyabrın ən yaxşısı seçilib. Noyabrın futbolçusu olmaq üçün isə "Leypsiq"dən Xavi Simons və "Frayburq"dan Merlin Rorla mübarizə aparacaq.
 
Qeyd edək ki, 22 yaşlı forvard "Bayer"ə yay fasiləsində Belçikanın "Union" klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest