"Atletiko"nun baş direktoru Migel Anxel Xil "Barselona"nın marağına baxmayaraq, Madrid klubunun bu yay hücumçu Xulian Alvaresi satmağı planlaşdırmadığını bildirib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Klub rəsmisi bu mövqeyi həm futbolçunun özünə, həm nümayəndələrinə, həm də "Barselona"nın prezidentinə çatdırdıqlarını vurğulayıb:
"Mənim mövqeyim aydındır, klubun da mövqeyi aydındır. Biz bunu oyunçunun özünə, nümayəndələrinə və "Barselona"nın prezidentinə çatdırdıq.
"Atletiko"nun Xulian üçün dünyada ən ideal yer olduğuna, Xulianın isə "Atletiko" üçün ən ideal mərkəz hücumçusu olduğuna zərrə qədər də şübhəm yoxdur. Biz onun bizimlə qalmasını istəyirik.
Bu yaxınlarda prezidentin "Atletiko"ya etdiyi təklifin limitsiz olmadığını söylədiyini eşitdim. Mənim yeganə cavabım budur: bizim cavabımız limitsizdir. Biz onu buraxmaq istəmirik. Biz 100 milyon avroluq təklifi qəbul etmədik və nə 150 milyonu, nə də hətta 200 milyon avronu qəbul etməyəcəyik".
Xatırladaq ki, Xulian 2024-cü ilin yayından "Atletiko"da çıxış edir. O, bu müddət ərzində Madrid təmsilçisinin forması ilə 106 oyuna çıxıb, 49 qol vurub və 17 məhsuldar ötürmə edib. 2025/26 mövsümündə isə 49 matçda 20 qol və 9 qol ötürməsi ilə yadda qalıb.










.jpg_1784300000.jpg)


