17 İyul 2026, 19:46
FUTBOL
"Sumqayıt" futbol klubu heyətində dəyişiklik edərək cinah oyunçusu Abdul Raşid Mumini ilə yollarını ayırıb.
"Sumqayıt" futbol klubu heyətində dəyişiklik edərək cinah oyunçusu Abdul Raşid Mumini ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Sumqayıt təmsilçisi 21 yaşlı qanalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzu edib.
Gənc vinger Sumqayıt komandası ilə yollarını ayırdıqdan sonra azad agent statusu qazanıb.













