Elçin Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Srvena Zvezda” - “Larne” qarşılaşmasının baş hakimi olacaq.

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, E.Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Srvena Zvezda” (Serbiya) - “Larne” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Niderlandlı Kley Ruperti VAR, digər referimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 29-da Belqrad şəhərində yerləşən “Rayko Mitiç” stadionunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest