Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter 2026-cı il dünya çempionatının final oyununun fasiləsində təşkil olunacaq şou ilə bağlı təəccübünü ifadə edib.

Matc.az xəbər verir ki, bu barədə sabiq qurum rəhbəri özünün "X" sosial şəbəkəsindəki hesabı vasitəsilə məlumat yayıb.

"Su fasilələri hələ harasıdır, bu, sadəcə bir başlanğıc idi. Bazar günü dünya çempionatının finalında turnirin ən "maraqlı" tərəfini – futbol tarixinin ən uzun fasiləsini izləyəcəyik. Dünya çempionatının finalı sanki Superboulun kopyasıdır. FİFA, hara yuvarlanırsan?", - deyə Blatter paylaşımında bildirib.

Qeyd edək ki, turnirin final matçının hissələri arasındakı fasilənin adəti üzrə 15 dəqiqə deyil, 30 dəqiqə davam edəcəyi bəlli olub. Həmin müddətdə stadionda Castin Biber, Şakira, Madonna, BTS və bir sıra digər tanınmış ifaçıların iştirakı ilə böyük şou proqramı təşkil olunacaq.

2026-cı il dünya çempionatının finalında Argentina və İspaniya milliləri qarşılaşacaqlar. Matç iyulun 19-da İst-Raterfordda (Nyu-Cersi ştatı, ABŞ) baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest