Türkiyə Super Liqasında XXVIII tur davam edir. Matc.az saytının məlumatına görə, ötən gün turun daha 3 oyunu keçirilib.

Günün mərkəzi qarşılaşmasında İstanbul klubları qarşılaşıblar.

Lider “Başakşəhər”lə üçüncü pillədə qərarlaşmış “Beşiktaş” ikincilərin meydanında üz-üzə gəliblər. Görüşdə “ağ-qaralar” əzmkar qələbə qazanıb – 2:1.

Ötən həftə “Beşiktaş” qarşısında aciz qalan, hesabat turunda isə “Göztəpə”ni qəbul edən “Rizəspor” minimal hesabla qalib gəlib. “Konyaspor” - “Sivasspor” matçında isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, bu gün turun ən maraqlı oyunu “Fənərbaxça” – “Qalatasaray” görüşü keçiriləcək. Əzəli rəqiblərin turnir cədvəlindəki mövqeləri kəskin fərqli olsa da, bu, derbinin əhəmiyyətinə kölgə salmır.

20 ildir ki, əzəli rəqibinin meydanında qələbəyə həsrət qalan “Qalatasaray” bu dəfə tilsimi sındırmaq əzmindədi. Üstəlik “Başakşəhər”in məğlub olduğunu nəzərə alsaq, 3 xal “cimbom”a hava-su kimi lazımdır.

Türkiyə Super Liqası

XXVIII tur

13 aprel

“Konyaspor” – “Sivasspor” – 1:1
Şahiner, 22 – Diabate, 39

“Rizəspor” – “Göztəpə” – 1:0
Şaeşue, 51

“Beşiktaş” – “Başakşəhər” – 2:1
Atiba, 42, Burak, 52 – Robinyo, 35

N

Klublar

O

Q

H

M

T-F

X

1

Başakşəhər

28

18

7

3

44:15

61

2

Qalatasaray

27

16

7

4

58:27

55

3

Beşiktaş

28

15

8

5

60:37

53

4

Trabzonspor

28

14

7

7

50:37

49

5

Yeni Malatyaspor

27

10

7

10

37:36

37

6

Kasımpaşa

27

11

4

12

46:49

37

7

Alanyaspor

27

11

4

12

29:33

37

8

Rizəspor

28

9

10

9

40:40

37

9

Kayserispor

27

9

9

9

27:35

36

10

Konyaspor

28

8

12

8

33:33

36

11

Antalyaspor

27

10

5

12

30:45

35

12

Sivasspor

28

9

8

11

40:43

35

13

Fənərbaxça

27

7

11

9

33:38

32

14

Ankaragücü

27

9

5

13

28:42

32

15

Bursaspor

28

5

13

10

24:33

28

16

Göztəpə

28

8

3

17

26:36

27

17

Akhisar

27

6

6

15

28:44

24

18

Ərzurumspor

27

4

10

13

27:37

22

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest