23 Fevral 2024, 10:07
FUTBOL
“Qəliz oyun oldu. Mübarizə apardıq və tarix yazdıq. Möhtəşəm hisslərdi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.
Fransalı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı üstələmələrinə (4:2, 2:3) münasibət bildirib.
29 yaşlı yarımmüdafiəçi 1/8 finalda qarşılaşmaq istədikləri komandanın adını da çəkib: “Bundan sonraki rəqiblər böyük komandalar olacaq. Hamısı Top-klublardı. Şəxsən mən “Liverpul”u görmək istərdim. İstənilən rəqiblə oynamağa hazırıq”.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.