Futbol qaydalarını qoruyan və tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) gələn mövsümdən etibarən reqlamentə dəyişikliklər edə bilər. Matc.az xəbər verir ki, bununla bağlı bu gün baş tutacaq iclasda müvafiq qərarlar veriləcək.

Tətbiq olunması gözlənilən qaydalardan birinə əsasən, meydanda hakimlə yalnız komandaların kapitanları danışa biləcək. Digər oyunçular buna cəhd edərsə, sarı vərəqə alacaqlar.

Həmçinin hakimlərdən 30 iyundan etibarən matçlar zamanı meydançada baş verən hadisələri qeydə alan xüsusi kamera taxmaq tələb olunacaq qayda da tətbiq oluna bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest