Çempionlar Liqasında (ÇL) 1/4 final həyəcanı başlayır. Matc.az xəbər verir ki, sabah və birigün mərhələnin ilk oyunları keçiriləcək.
İlk görüşlər London və Madriddə olacaq. Premyer Liqanın lideri “Arsenal” Bundesliqada qeyri-stabil mövsüm keçirən “Bavariya”nı qəbul edəcək. ÇL-in ən titullu klubu “Real”la turnirin son qalibi “Mançester Siti” isə birincilərin meydanında üz-üzə gələcək.
Aprelin 10-da İspaniya klublarından biri evdə, biri səfərdə çıxış edəcək. Dortmund “Borussiya”sı Madriddə “Atletiko”nun qonağı olacaq. PSJ isə Parisdə “Barselona”nı qəbul edəcək.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
10 aprel
23:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)