19 İyun 2026, 18:45
FUTBOL
"Real"ın baş məşqçisi Joze Mourinyo müdafiə xəttini möhkəmləndirmək üçün "Mançester Siti"nin mərkəz müdafiəçisi Ruben Diası əsas hədəf olaraq təyin edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın məşhur AS nəşri yayıb.
Madrid təmsilçisi İbrahima Konateni heyətinə qatmazdan əvvəl də portuqaliyalı ulduz futbolçu ilə ciddi şəkildə maraqlanırdı. Lakin təcrübəli müdafiəçinin İspaniya nəhənginə keçidi real görünmür, çünki Mançester klubu müdafiə xəttinin liderini heç bir vəchlə əldən buraxmaq fikrində deyil.
Qeyd edək ki, "şəhərlilər"lə 2029-cu ilin yayına qədər müqaviləsi olan 29 yaşlı Dias geridə qalan mövsümdə komandanın heyətində bütövlükdə 33 qarşılaşmada şans qazanıb və 2 qol vurmağı bacarıb.













