Mövsümün sonunda “Neftçi”ni tərk edəcək ilk futbolçu müəyyənləşib. Matc.az Rusiya mətbuatına istinadən verir ki, yarımmüdafiəçi Reziuan Mirzov ölkəsinə qayıtmağa hazırlaşır.

30 yaşlı hücumameyilli oyunçu Rusiya Premyer Liqasının bir neçə klubunun maraq dairəsindədi. Futbolçu özü Rusiyaya qayıtmağa razıdı. Onun “Neftçi” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, yayda istənilən kluba azad agent kimi keçə bilər.

Mirzov karyerası ərzində Rusiyada “Spartak”, “Rostov”, “Ximki”, Moskva “Torpedo”su, “Axmat”, “Tosno” və Tula “Arsenal”ı kimi klubların formasını geyinib.

Qeyd edək ki, Reziuan Mirzov cari mövsüm “Neftçi”nin heyətində bütün turnirlərdə 21 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest