“Arsenal” Premyer Liqada mövsümün ilk 10 turunda 27 xal toplayıb. Matc.az xəbər verir ki, London təmsilçisi bu göstərici ilə klub tarixinin çempionata ən yaxşı startını təkrarlayıb.

Mikel Artetanın rəhbərlik etdiyi kollektiv 10 qarşılaşmada 9 qələbə qazanıb, yalnız bir dəfə məğlub olub. Komanda hazırda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Brayton”u 5 xal qabaqlayır.

Qeyd edək ki, “Arsenal” 2022/2023 mövsümündə də ilk 10 turdan sonra 27 xal toplamışdı.

Bununla belə, Premyer Liqa tarixində 10 turdan sonra daha yüksək nəticə göstərən komandalar da olub. “Mançester Siti”, “Çelsi” və “Liverpul” ilk 10 turda 28 xal toplamağa nail olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest