“Mançester Yunayted” baş məşqçisi Maykl Kerrikin gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır. Matc.az xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi mütəxəssisin fəaliyyətini nəzərdən keçirir.
“Sky Sports”un məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi mövsümün uğursuz gedişindən sonra Kerrikin vəzifəsində qalıb-qalmayacağını müzakirə edir.
Komanda Premyer Liqada keçirdiyi son 8 oyunda qələbə qazana bilməyib. “Aston Villa” ilə sonuncu qarşılaşmada 4:4 hesablı heç-heçə edən Mançester təmsilçisi 10 turdan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Məlumata əsasən, ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Kerrikin mümkün əvəzləyiciləri arasında əsas namizəd hesab olunur. Eddi Hau və Yulian Naqelsmannın da adı mümkün namizədlər sırasında çəkilir.
Qeyd edək ki, hələlik Maykl Kerrikin istefaya göndərilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Klub rəhbərliyinin beynəlxalq fasilə zamanı məsələ ilə bağlı mövqeyini dəqiqləşdirəcəyi gözlənilir.



_1693395834.png)









