17 Aprel 2024, 21:21
FUTBOL
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Matc.az xəbər verir ki, mütəxəssis komandaların şanslarını bərabər qiymətləndirib:
"Arsenal və "Bavariya" 50-nin 50-yə olan oyundur. "Bavariya" Bundesliqada evdə uduzdu, buna görə də özlərindən 100 faiz əmin olmayacaqlar. Mən hələ də düşünürəm ki, “Arsenal” “Bavariya”nı asanlıqla məğlub edə bilər".
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” – “Arsenal” cavab oyunu bu gün, aprelin 17-də Almaniyanın Münhen şəhərində keçiriləcək. Qarşılaşma "Bavariya"nın doğma stadionu "Alyans Arena"da keçiriləcək. Baş hakim funksiyasını Denni Makkeli icra edəcək. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.