"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının bu mövsüm Premyer Liqada çempionluq şanslarını dəyərləndirib.
 
Matc.az xəbər verir ki, bu barədə mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib:
 
“Çempionluq birmənalı olaraq bizim əlimizdə deyil. Düşünürəm ki, bütün oyunlarda qalib gəlsək, çempion olmaq şansımız yüksək olacaq. Olmasa, başqasının qazanma şansı var. Ola bilsin ki, qalib gəlməyimiz üçün beş matç kifayət edəcək. Amma heç kim gələcəyi bilmir.
İndi oturub düşünürük ki, “Mançester Siti” bütün matçlarında qalib gələcək. Bəli, bu olduqca tez-tez olur, lakin onların çoxlu oyunları var. Onları çətin rəqiblər gözləyir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest