Rusiya Premyer Liqasının 25-ci turunda "Fakel" üzərində qələbədən (2:0) sonra "Krasnodar"ın baş məşqçisi Murad Musayev qısamüddətli müqaviləsi haqda danışıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Sabah"ın sabiq çalışdırıcısı klubun mətbuat xidmətinə açıqlama verib:
 
"Klubla müqavilə ilə bağlı heç bir problemim yoxdur. Bilirsiniz, mən burada ilk dəfə baş məşqçi təyin olunanda demək olar ki, ömürlük müqaviləm var idi. Müəyyən bir an gəldi və mən "Krasnodar"dan ayrıldım.
 
Sözləşmə müddətimin indi 2 ay yarım olması problem deyil. Bilirəm ki, yaxşı çıxış etsəm, daha uzun müqaviləm olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest