“Bir futbolçu kimi, oynamasan məyus olursan. Musa da iştirak etmədiyi üçün üzgündü”. Matc.az xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson deyib.
 
Klub rəsmisi yerli mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının “Qarabağ”a dönəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Andersson 22 yaşlı forvardla bağlı belə bir planlarının olmadığını söyləyib: “Hazırda “transfer pəncərəsi” bağlıdı. Müzakirələrimiz yoxdu, amma Azərbaycanda onu izləyən çoxlu media var. Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var”.
 
Qurbanlı isə instaqram səhifəsində “Yurqorden”i izləmədən çıxarıb və komandada oynaması ilə bağlı məlumatları silib. Bu da son vaxtlar heyətə düşə bilməyən futbolçunun ayrılmaq istəyindən xəbər verir.
 
Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest