"Napoli", "Çelsi", "Yuventus"un keçmiş, "Latsio"nun hazırki baş məşqçisi Mauritsio Sarrinin anası vəfat edib.
 
Matc.az xəbər verir ki, italiyalı mütəxəssisin keçmiş klubları Klementinin vəfatı ilə bağlı başsağlığı verib. Mauritsio Sarrinin anasının ölümünün təfərrüatları barədə isə məlumat verilməyib.
 
Qeyd edək ki, Sarrinin rəhbərliyi altında olan "qartallar" İtaliya A Seriyasında 33 turdan sonra 52 xalla 7-ci pillədə qərarlaşıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest