"Real"ın futbolçusu Arda Gülerə növbəti ingilis klubu “elçi düşüb”.

Matc.az xəbər verir ki, "Arsenal"dan sonra "Mançester Yunayted" də türkiyəli gənc ulduzu heyətində görmək istəyir.

Lakin, Madrid təmsilçisi bu təklifi müsbət qarşılamayıb. "Kral klubu" 19 yaşlı futbolçunu satmaq fikrində deyil.

Qeyd edək ki, Arda La Liqada meydana çıxdığı 12 rəsmi matçda 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest